"Kripto kraliçası" 10 ən çox axtarılan şəxslərin siyahısına salınıb – 4 MİLYARDLIQ İDDİA
"Kripto kraliçası" kimi tanınan, əslən Bolqarıstandan olan Ruja İgnatova ABŞ-ın Federal Təhqiqatlar Bürosunun "10 ən çox axtarılan şəxslər" siyahısındadır.
Eləcə də bax: «Kriptovalyuta böyük fırıldaqdır və heç bir faydası yoxdur»
FED.az xəbər verir ki, İgnatova fırıldaqçılıqda ittiham olunur. Onun minlərlə insanı aldadaraq milyardlarla avro dəyərində sərvət yığdığı bildirilir. Bu sərvətin 4 milyard dollara çatdığı deyilir. 2017-ci ildən yoxa çıxan Ruja İgnatova sonuncu dəfə Bolqarıstandan Yunanıstana təyyarə ilə səfərə gedərkən görülüb. O, guya OneCoin adlı kriptovalyuta yaradıb və müxtəlif ölkələrdəki insanlara bu valyutanı satıb.
Hesablamalara görə, 2014-cü ilin avqustundan 2017-ci ilin martına qədər Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstinə qədər onlarla ölkədən milyardlarla avro OneCoin-ə daxil olub.
OneCoin soyğunçuluğunun uğuru onun təkcə saxta kriptovalyuta deyil, həm də piramida sxemi olması ilə əlaqələndirilir. İgnatovanın piramida sxemi Ponzi adlanıb.
Manhattan Federal prokuroru Damian Williams deyib ki, İgnatova kriptovalyutanın ilk illərindəki "mükəmməl vaxtdan" istifadə edib.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) daha çox adamdan məlumat ala bilmək üçün qaçaq şəxsləri "ən çox axtarılanlar siyahısına" əlavə edir.
FTB Bolqarıstan əsilli qadının həbsinə töhfə verəcək məlumat üçün 100 min dollar mükafat elan edib.
Kripto hesablarını dondurma səlahiyyəti veriləcək
Türkiyə maliyyə cinayətləri ilə mübarizədə yeni bir addım atır. xəbər verir ki,Türkiyə, çirkli pulların yuyulması və maliyyə cinayətləri ilə mübarizə çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma Şurasına (MASAK) bank və kript
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Kripto qiymətləri bir əmtəənin mübadilə nisbətidir. Bu kripto nisbəti reaksiya ilə hesablana bilən və ya hesablana bilməyən bir çox dəyişənin nəticəsidir. Kripto səhmlərinin qiymətlərinin proqnozlaşdırılmasında iki ənənəv
Bitcoin nədir?
Bitcoin paylanmış, mərkəzləşdirilməmiş və şəffaf strukturu sayəsində çox qısa müddətdə bugünkü maliyyə nizamına qarşı yüksəlməkdədir. Kripto istifadəsinin artması, məhdud tədarük və gətirdiyi texnologiya ilə bir çox investo
"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT
Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə
Bitcoin qiyməti 113 min dollara yaxınlaşdı - DETALLAR
Kriptovalyuta bazarının lideri Bitcoin (BTC) qiymət dəyişkənliyini davam etdirir. "AFB Bank"ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi - BAŞ TUTACAQ. xəbər verir ki, hazırda 1 BTC-nin qiyməti 11
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını