"Kriptovalyuta sahəsində real inqilab - Maliyyə sisteminin bir hissəsinə çevriliblər" - EKSPERT AÇIQLADI

Dünyanın maliyyə sistemi böyük dəyişikliklər ərəfəsindədir, daha dəqiqi bu dəyişikliklər təqribən 15 il əvvəl başlayıb, amma hazırda özünü yeni miqyaslarda və sahələrdə gstərməkdədir.
"Qara qızıl" dövrü bitir, nefti başqa məhsullar əvəz etməlidir – EKSPERT SAHƏLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, söhbət kriptovalyutaların inkişafı, onların ənənəvi maliyyə sisteminə təsirindən və gələcəkdə maliyyə arxitekturasında tutacağı yerindən gedir.
Kriptovalyuta bazarının inkişafı ilə bağlı FED.az-a danışan iqtisadçı ekspert, maliyyə bazarları üzrə ekspert Xıdır Səfərov bildirir ki,  kriptovalyuta sənayesi yaranandan bəri genişlənməkdədir.
2025-ci ildə isə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə təsirləri hiss olunacaq. Ekspertin sözlərinə görə, artıq kriptovalyuta bazarının spekulyasiyalarla idarə olunması dövrü tədricən arxada qalır – blokçeyn texnologiyasının maliyyə sistemində real yeri görünməyə başlayır.
Ekspert bildirir ki, kriptovalyuta bazarının 2025-ci ildəki böyüməsi və təsirin artması təkcə bu sənayenin özü ilə deyil, həm də ABŞ hökumətindəki yeniliklərlə bağlıdır. ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətə gəlməsi bir sıra sahələrdə olduğu kimi, maliyyə sektorunda da yeniliklərə yol açıb.
"Yeni prezident artıq kriptovalyutalarla bağlı planlarını açıqlayıb. Bura bitkoin ehtiyatlarının yaradılması, kriptovalyuta bazarının dəstəkləyən ekspertlərin təyin edilməsi göstərir ki, ABŞ qlobal kriptovalyuta mərkəzinə çevrilmək niyyətindədir. Digər tərəfdən, Trampın hakimiyyətə gəlməsi ABŞ-da kritovalyuta sektorunun tənzimlənməsinə – yəni sivil maliyyə seqmentinə çevrilməsinə yol açacaq. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə imkan verəcək" - deyə X.Səfərov bildirir.
Bu mənada qarşıdakı dövrdə Bitkoinin təsirinin və qiymətinin artması gözlənilir. Onunla yanaşı, digər kriptovalytaların da inkişafı davam edəcək.
Amma kriptoıvalyuta bazarının inkişafı özünü təkcə bitkoinin qiymətinin artmasında göstərməyəcək.
Maliyyəçi ekspert bildirir ki, iqtisadiyyatın digər sahələrində – daşınmaz əmlak, əmtəə və xammal bazarlarında da tokenləşmə davam edəcək, bu sahələrə investisiya imkanları artacaq.
X.Səfərovun sözlərinə görə, əsas yenilik kriptovalyutaların ödəniş standartına çevrilməsi olacaq: "İndiyədək kriptovalyutalar, xüsusilə də bitkoin əksər hallarda sırf investisiya aləti kimi istifadə olunurdu. Bitkoinin ödəniş xüsusiyyəti bir qədər arxada qalmışdı – heç də bütün oyunçular buna risk etmirdilər.
İndi isə kriptovalyuta bazarının inkişafı üçün istiqamət aydın görünür – artıq müəssisə və istehlakçılar bitkoinin ödəniş imkanlarından real fayda görməyə başlayırlar. Fasiləsiz, ucuz və sürətli ödənişlər artıq tələbata çevrilməkdədir".
Yeri gəlmişkən, bitkoinin ödəniş vasitəsi kimi istifadə edilməsinin maliyyə sektoruna təsiri sadəcə burada yeni alətin yaranması deyil. Bitkoindən istifadə edilməsi indiyədək bu sahədə mövcud olan ödəniş sistemlərinin fəaliyyətinin də dəyişməsinə səbəb olacaq – onlar kriptovalyutalarla rəqabət aparmaq üçün xidmətlərini təkmilləşdirməli, məsələn, sürəti artırmalı, tarifləri isə endirməli olacaqlar. Məsələn, hazırda bankların ödəniş sistemləri 24/7 rejimində işləmir, kriptovalyutalarda isə bu adi bir haldır.
Başqa sözlə, ekspertin sözlərinə görə, 2025-ci ildən başlayaraq bitkoini təkcə saxlamaq üçün deyil, həm də xərcləmək dəbdə olacaq:
"Hazırda bitkoini ödəniş kmi istifadə edən müəssisələrin, şirkətlərin sayı sürətlə artmaqdadır.
Qarşıdakı dövrdə isə daha iri şirkətlərin də bitkoini real ödəniş vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur".
Yeri gəlmişkən, kriptovalyuta sektoru "PayPal" və "MasterCard"la əməkdaşlığa başlayıb ki, bu da pul köçürmələrini daha geniş əhali üçün əlçatan edir.
Belə ki, kriptovalyutalar indiyədək olduğu kimi, sırf yatırım aləti olmaqdan çıxıb. Onların ödəniş imkanları dünyadakı mövcud ödəniş sistemlərinin işinin kökündən dəyişməsinə, dəfələrlə sürətlənməsinə səbəb olacaq.
X.Səfərov qeyd edir ki, kriptovalyuta bazarının inkişafı onların daha yaxşı tənzimlənməsinə, şəffaf və bütün ölkələr tərəfindən qəbul olunan qaydalara ehtiyac yaradır. Belə ki, dünyada iqtisadiyyat v hüquq sistemləri kriptovalyuta bazarının tələblərinə uyğunlaşmaq üçün getdikcə daha çox dəyişirlər.
Hazırda kriptovalyutalar artıq 15 il əvavəlki kimi, ekzotik bir maliyyə aləti deyil – onlar maliyyə əməliyyatları üçün etiarlı alətə və cəlbedici investisiya alətinə çevrilməyə başlayıblar.
Amma bu sahədə problemlər və çatışmazlıqlar da var. Belə ki, kriptovalyutaların qiyməti ən müxtəlif səbəblərdən, məsələn, hansısa siyasətçinin açıqlamasından qəflətən kəskin dəyişə bilər. Bu isə kriptovalyutaya etibarı azaldır.
Digər tərfədən kriptovalyutaya yatırım hakerlər və fırıldaqçılar tərəfindən riskə məruz qalmaq deməkdir, belə vəziyyətlərdə istehlakçıların hüquqi müdafiəsi yox səviyyəsindədir. 
Yeri gəlmişkən, ən mürəkkəb məqam məsələnin hüquqi tərəfidir. Belə ki, kriptovalyutalarla bağlı hüquqi mühit sürətlə dəyişir.
Məsələn, Avropa İttifaqı kriptovalyvta bazarlarının tənzimilənməsi üçün tənzimləyici sənəd (MiCA) hazırlayır. Bu sənəd kriptovalyuta bazarını tənzimləmək, buradakı əməliyyatları daha şəfff etmək və istehlakçıların hüquqlarını qorumaq məqsədi daşıyır.
Ekspert bildirir ki, bu sahə hələ yeni olduğuna görə fərqli ölkələrdə kriptovalyutalarla bağlı fərqli qanun-qaydalar var, nəticədə bu da hüquqi qeyri-müəyyənlik yaradır.
"Hərçənd artıq indidən bitkoin və kriptovalyutaların hüquq sistemində özünə məxsus yer tutduğunu bildirmək olar. Belə ki, ABŞ-da kriptovalyutalarla bağlı bağlı bütün əməliyyatlardan vergi tutulur – kiməsə iqtisadi cəhətdən sərfəli gəlməyə blər, amma bu həm də faktiki olaraq kriptovalyutaların qanuniləşməsi deməkdir".
Digər tərəfdən dünyada bitkoinlə işləyən obyektlərin 15%-i İtaliyada yerləşir. Kanadada isə bitkoinin rəsmi statusu olmasa da, onunla ödəniş etməyə icazə verilib. Filippin və Maltada bitkoin ödəniş vasitəsi və maliyyə alət kimi tanınır. Salvador isə ümumiyyətlə bitkoinə keçən ilk ölkə olub. Yeri gəlmişkən, bu addım nəticəsində Salvadora xarici investorların axını başlayıb.
Müəyyən qiymət dəyişikliklərindən sonra 2024-cü ilin əvvəlindən etibarən kriptovalyuta sektoru ardıcıl artım nümayiş etdirir. Hazırda kriptovalyuta bazarının ümumi kapitallaşması böyük rəqəmlərə çatır ki, bu da bitkoinə investorlar tərəfindən inamın artdığını və investisiya aləti kimi qəbul edildiyini göstərir.
Eyni zamanda, Bitkoin və Etheriumla yanaşı, yeni tokenlərə də maraq sürətlə artmaqdadır.
X.Səfərov bildirir ki, təkcə son günlər sürətlə populyarlaşan Tramp və Meloniyə aid tokenləri misal göstərmək kifayətdir. ABŞ prezidentinin öz adına token buraxması artıq bu sahədə də yeni "kripto dəbin" başladığını göstərir. Qarşıdakı dövrdə digər məşhur şəxslər və ya milyarderlər tərəfindən də tokenin buraxılması da istisna deyil.

Kriptovalyuta     Tarix: 31 yanvar 2025

Oxşar xəbərlər

Bitcoin geri döndü: Qiymət yenidən 110 min dolları keçdi

Kriptovalyuta bazarında yenidən canlanma müşahidə olunur. Texno-nəhənglərin səhmləri "sürüşdü" - SƏHMLƏR, QİYMƏTLƏR. xəbər verir ki, son məlumatlara görə, Bitcoin-in qiyməti 11 219,92 dollara yüksəlib. Bu, kriptovalyutanı

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb. xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib. "Ethereum"u

Kriptovalyuta nəhəngi Bitcoin 110 min dollarda dayandı

Bitcoin son günlərdə yenidən investorların diqqət mərkəzinə çevrilib. Qızılın qiyməti 500 dollara qalxacaq - "Bank of America"dan yeni proqnoz. xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası olan Bitcoin-in qiymət

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

Kriptobirjada son durum- kapitallaşma 3 trln. dolları ötüb

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib. bu barədə "CoinMarketCap" platformasına istinadən xəbər verir. Məlumata görə, bazarın ümum

Bitcoin 111 min dollara gerilədi - DETALLAR

Kriptovalyuta bazarında son günlər müşahidə olunan dalğalanma Bitcoin (BTC)-in qiymətinə də təsirsiz ötüşməyib. "AFB Bank"ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi - BAŞ TUTACAQ. xəbər verir ki

Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır. Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək. xəbər verir ki, bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyala

AMB: Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar

Qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar. Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək


iqtisadi xeberler bitkoin qiymeti birbank pul qazanmaq dollar kursu