Tramp "GENIUS" qanununu imzaladı: Kriptovalyuta bazarı üçün nə dəyişəcək?
ABŞ Prezidenti Donald Tramp kriptovalyutaların tənzimlənməsi ilə bağlı "GENIUS" adlandırılan qanun layihəsini imzalayıb.
FED.az xəbər verir ki, yeni qanun layihəsi ABŞ tarixində rəqəmsal valyuta sektorunu tənzimləyən ilk irimiqyaslı normativ akt olacaq. Sənəd "steyblkoin" bazarının fəaliyyəti üçün hüquqi baza formalaşdırır, hansı ki, bunun ümumi həcmi hazırda 250 milyard dollar dəyərində qiymətləndirilir.
"Steyblkoin"lər nisbətən sabit kriptovalyuta növü hesab olunur, çünki onların məzənnəsi, məsələn, ABŞ dolları kimi aktivlərlə bağlıdır. Qanun layihəsi Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənib.
İmzalanma mərasimində həm qanunvericilər, həm də "Robinhood", "Tether", "Gemini" kimi böyük şirkətlərin rəhbərləri iştirak ediblər.
"Bu, bəlkə də internetin özünün yaranmasından bəri maliyyə texnologiyasında ən böyük inqilab ola bilər. Çoxları belə deyir", - deyə Donald Tramp qeyd edib.
Onun sözlərinə görə, "GENIUS" banklara və maliyyə institutlarına tam ABŞ dolları və xəzinə qiymətli kağızları ilə dəstəklənən "steyblkoin"lər buraxmağa imkan verir ki, bu da Trampın fikrincə, dolların mövqeyini güclənməsinə kömək edəcək. (Oxu.az)
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
Bitkoin bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i