KTMT Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bəyanatda deyilir:
"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk", - bəyanatda deyilir.
Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən çox maaş verən şirkətləri
SMM nədir?
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes təlimlər və tədris üsulları