"LinkedIn" süni intellektlə işləyən yeni funksiyaları işə salıb
"LinkedIn" iş axtaranlara öz CV-lərini və profillərini, işə götürənlərə isə vakansiyaların təsvirlərini yazmaqda kömək etmək üçün süni intellektlə işləyən həllər təqdim edib.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
Birinci funksiya GPT-4 modelində, ikincisi isə GPT-3.5-də işləyir, lakin hələlik onlar yalnız premium istifadəçilər üçün əlçatandır.
"Bizim alətimiz "Haqqında" və "Başlıq" bölmələrində ən vacib bacarıq və təcrübələri müəyyən edir və profilinizi təkmilləşdirməyə imkan verir", – şirkət bildirib.
İş öhdəlikləri oxşar şəkildə işləyəcək: işə götürən əsas məlumatları, o cümlədən vəzifənin və şirkətin adını qeyd edir, alət isə avtomatik olaraq vakansiyalar yaradır.
Bütün müsbət cəhətlərə baxmayaraq, "TechCrunch" qeyd edir ki, süni intellekt namizəd haqqında yanlış təsəvvürün yaranmasına səbəb ola bilər.

Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya
Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?
Mərkəzi Bank "Baku Pay" və "Fizza Pay" şirkətlərinə icrası məcburi göstəriş verib
"Bank of Baku"nun səhmdarları növbədənkənar toplanır
Çinin iştirakı olmadan robot hazırlamaq niyə demək olar mümkün deyil?
Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Biznes qurmaq üçün nə lazımdır?
Kriptovalyuta nədir?
Bitcoin nədir?
ƏDV geri al və onun üstünlükləri
Dünyanın ən zəngin idmançıları