Litva Prezidenti Qərbi Rusiya ilə əlaqələri kəsməyə çağırdı
Litva Prezidenti Gitanas Nauseda Qərb ölkələrini Vilnüsdən nümunə götürməyə və Rusiya ilə iqtisadi əlaqələri kəsməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı Litva Televiziya və Radio Şirkətinə (LRT) müsahibəsində danışıb.
"Düşünürəm ki, biz Litvanı Rusiyanın enerji və iqtisadi şantajına daha davamlı etmək üçün çox işlər görmüşük. Bu gün bəzi digər Qərbi Avropa ölkələrinə baxanda Litvanın bir az daha uzun bir yol qət etdiyini görürəm" – Baltikyanı ölkənin lideri bildirib.
O xatırladıb ki, Litva digər Avropa ölkələrindən fərqli olaraq özünü Rusiyanın enerji mənbələrindən tamamilə müstəqil elan edib:
"Görə bilərsiniz ki, Rusiya ilə bağlı heç bir illüziya bəsləməyən siyasət indi bəzi Qərb dövlətlərinin başağrısına çevrilən "realpolitik" adlanan siyasətdən qat-qat yaxşı işə yarayıb. Mən onların durumunu başa düşürəm, lakin bu, Litvanın düzgün yol tutduğunu bir daha təsdiqləyir. Digər Qərbi Avropa ölkələri də eyni yolu nə qədər tez seçsələr, bu hamı üçün bir o qədər yaxşı və asan olacaq".
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir