Londonda Azərbaycan bankının sədrinə mükafat təqdim olundu

Londonda Azərbaycan bankının sədrinə mükafat təqdim olunduMaliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan "The Banker" jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı" mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə "İlin bankı" nominasiyasına ABB layiq görülüb.
ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub. 
2023-cü il üzrə "İlin bankı" mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa  nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.
"The Financial Times" qəzetinə aid olan "The Banker" jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı "İlin bankı" mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə "Bankçılıq sektorunun Oskarı" kimi də qəbul edirlər. "İlin bankı" mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, "The Banker" jurnalının "İlin bankı" mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq". 
Londonda Azərbaycan bankının sədrinə mükafat təqdim olunduLondonda Azərbaycan bankının sədrinə mükafat təqdim olundu/ marja.az

Banklar     Tarix: 01 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler kripto valyuta mezennesi bitcoin qiymeti valyuta xeberleri