m10-da köçürmələr üzrə komissiyasız limit 4 dəfə azaldılır, nağdlaşdırma komissiyalı olur
m10-da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediliəcək.
Marja.az "PASHA Pay" şirəkətinə istinadən xəbər verir ki, digər m10 hesabına köçürmələr üzrə komissiyasız limit 20 min manatdan 5 min manata dəyişdirilir. 5 min manatlıq limit keçildikdən sonra 0.5% komissiya tutulacaqdır. Hazırda digər m10 hesabına köçürmələr 20 min manata qədər komissiyasızdır və bu mələğ keçdikdən sonra 0.5% komissiya tutulur.
Həmçinin, hazırda m10 hesabından karta köçürmələr komissiyasızdır. Mart ayından etibarən aylıq cəmi 5 min manata qədər köçürmələr komissiyasız olacaqdır. Limiti keçdikdən sonra 0.5% komissiya tutulacaqdır.
Ən önəmlisi, m10-da komissiyasız nağdlaşdırma dövrü sona çatır. Martdan etibarən Kapital Bank bankomatları vasitəsilə QR nağdlaşdırma zamanı 1% komissiya (minimum 1 manat) tutulacaq.
Beynəlxalq köçürmələr zamanı komissiya valyutanın həmin günə olan məzənnəsindən asılı olacaqdır.
Tətbiqdə m10 hesabının artırılması komissiyasız olaraq qalır.
Komissiyasız pul köçürmək (0 ₼ komissiya ilə istədiyin adama pul göndər), komissiyasız nağdlaşdırma (bütün Kapital Bank bankomatlarında cəmi bir neçə saniyəyə pulunu komissiyasız nağdlaşdırmaq) m10-un əsas üstünlükləri idi.
Əlavə edək ki, yaşı 18-dən az olan istifadəçilər üçün m10 tətbiqindən istifadə etmələri dayandırılır.


"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?