"Maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar" – İqtisadçıdan AMB-nin qərarına şərh

Azərbaycan Mərkəzi Bankının (AMB) məsafədən istehlak kreditləri üzrə tətbiq etdiyi yeni təhlükəsizlik tələbləri kiberdələduzluq risklərinin azaldılmasına xidmət etsə də, bu sahədə təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsinə və vətəndaşların maarifləndirilməsinə ehtiyac qalır.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov AMB-nin məsafədən kreditləşmə qaydalarına etdiyi dəyişiklikləri şərh edərkən bildirib.
Xatırladaq ki, AMB-nin qərarına əsasən, 2026-cı il oktyabrın 1-dən etibarən vətəndaşlar öz adlarına məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına və kredit limitinin məsafədən artırılmasına məhdudiyyət qoya biləcəklər. Banklar və bank olmayan kredit təşkilatları (BOKT) məsafədən kredit rəsmiləşdirməzdən əvvəl bu məhdudiyyətin olub-olmadığını yoxlamalı olacaq. Bundan başqa, məsafədən verilən istehlak kreditləri üzrə 2 saat və 24 saatlıq "gözləmə müddəti" tətbiq ediləcək.
Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər müsbət addımdır.
"Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmiləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir".
Deputat qeyd edib ki, 2024–2025-ci illərdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manat maliyyə oğurlanıb, 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb.
"Bütün bunlar qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb".
V.Bayramov hesab edir ki, Azərbaycan Kredit Bürosu vasitəsilə məsafədən kreditə qadağa qoymaq hüququndan istifadə edən vətəndaşların sayı yeni mexanizmin effektivliyini qiymətləndirmək baxımından mühüm göstərici olacaq.
Deputat "gözləmə müddəti"nin tətbiqini müsbət qiymətləndirsə də, daha effektiv mexanizmin tətbiqini təklif edib.
"Daha məqsədəuyğun olardı ki, minimum əməkhaqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin".
Onun sözlərinə görə, kiberdələduzluqla mübarizədə maarifləndirmə də əsas istiqamətlərdən biri olmalıdır.
"Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir".

Banklar     Tarix: 29 iyun 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler depozit faizleri birbank kicik biznes