Macarıstan forintisi avro qarşısında rekord aşağı səviyyədədir
Macar forintisi Avro qarşısında rekord aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, Forinti bu gün Avroya nisbətdə 2%-dən çox ucuzlaşıb. Avro/Forinti məzənnəsi 421-ə yüksəlib və iyulun 6-dakı rekordunu yeniləyib.
Valyuta bu il 12 faizdən çox dəyər itirərək, Argentina pesosu və türk lirəsindən sonra ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutası olub.
Macarıstan Mərkəzi Bankı bir gün əvvəl faizini proqnozların üzərində artırmış, enerji böhranının dərinləşdiyi və inflyasiyanın 20%-ə yüksələcəyinin gözlənildiyi vaxtda bir ildən artıqdır davam edən faiz artırımı dövrünü sona çatdırdığını açıqlamışdır.
Bank bu yaxınlarda faizini 125 baza bəndi artıraraq 13 faizə çatdırıb və faiz dərəcəsini Avropa ittifaqı ölkələri arasında ən yüksək səviyyəyə qaldırıb. Mərkəzi Bank ötən ilin iyun ayından bəri faiz dərəcələrini ümumilikdə 1240 baza bəndi artırıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?