"Maestro" tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır

(®) Xəbər verdiyimiz kimi Birbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib.
Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.
Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanacaq. Dekabr ayının 31-nə kimi Maestro tarifinə qoşulan hər bir sahibkar ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı kartlarına mədaxil və nağdlaşdırma kimi bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.
Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:
-        Ölkədaxili milli valyutada köçürmələr
-        Ölkəxarici köçürmələr
-        Əməkhaqqı kartlarına mədaxil
-        Valyuta mübadiləsi
-        Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
-        Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması
"Maestro" tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Bundan əlavə, "Maestro" tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.
Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən "Maestro" tarifi haqqında ətraflı məlumat və sifariş üçün saytında hesabınıza daxil olmağınız və "Tariflər" bölməsində "Maestro" tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir. / marja.az

Banklar     Tarix: 13 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanın tədiyə balansında $1.4 mlrd. kəsir olub

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktor

Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. Sənədə deyilir ki, bu

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb. -ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdə

"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib

Azərbaycanın "BB-" səviyyəsində olan suveren reytinqi ilə bankların böyük əksəriyyətinin reytinqləri arasında mövcud fərq maliyyə institutlarının daha zəif öz kredit profilləri ilə izah olunur (onların dayanıqlı

Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib

Unibank Novruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edib. Sosial məsuliyyət təşəbbüsü çərçivəsində həyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayra

"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə – ÖZ PULUNU YARAT

Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb. Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsind

Bank əmanətlərinin 84 %-dən çoxu qorunur

Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqınd

Bankların bağlanması şikayət indeksindən asılı deyil– Ekspert

Son günlərdə sosial mediada və bəzi saytlarda Azərbaycanda yaxın vaxtlarda daha iki bankın bağlanacağı ilə bağlı məlumatlar dolaşır. Lakin adı həmin məqalədə çəkilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqa


iqtisadi xeberler dollar kursu bitkoin qiymeti bu gunun xeberleri leobank kart