Manatın real məzənnəsi son 10 ilin maksimumuna yüksəlib

Manatın real məzənnəsi son 10 ilin maksimumuna yüksəlib2025-ci ilin yanvarında manatın xarici valyutalar səbəti qarşısında ölçülən indeksi real effektiv məzənnə (REM) 126 bəndə yüksəlib. Bu, 2015-ci ilin yanvarından bu tərəfə maksimal göstəricidir.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Manatın REM-i 2024-cü ilin dekabrında 125.1, bir öncə isə 121.5 bənd təşkil edirdi. Nominal effektiv məzənnə (NEM)  isə son ayda 109.2 bənddən 110 bəndə qədər yüksəlib. NEM REM ilə fərqlənir. REM inflyasiya fərqini də nəzərə alır, yəni milli və xarici inflyasiya səviyyələrinə əsasən tənzimlənmiş məzənnədir. Buna görə də, NEM yalnız nominal məzənnələrə əsaslandığı üçün ölkənin həqiqi rəqabət qabiliyyətini tam əks etdirməyə bilər.
Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.
Manatın REM-in əsas təkan verən faktor manatın ABŞ dolları ilə nisbətdə sabit məzənnəsidir. ABŞ dolları da son rübdə əsas rəqiblərə qarşı 2024-cü ilin noyabrında yeni prezident seçilən Donald Trampın tarif siyasəti sbəbindən bahalaşıb. ABŞ-nin ticarət tərəfdaşlarına qarşı 10 və25 faizlik tariflər tətbiq edəcəyi Birləşmiş Ştatlarda yeni inflyasiya dalğasının yaranacağı ehtimalını artırır. Yüksələn inflyasiyaya qarşı FED dözümsüz olacaq ki, bu da onun əsas rəqiblərindən fərqli olaraq faqiz endirimi qərarlarını ertələdə bilər. Əsas iqtisadiyyatların mərkəzi bankları arasındakı faiz fərqi kerri treyderləri dollara daha çox meyilləndirir ki, buda dolların bahalaşması üçün əsasdır.
Beləliklə, manatın məzənnəsi ABŞ valyutası ilə fiks olduğu (2017-ci ilin martından 1 dollar 1.7 manatdır) üçün onun REM-nin də artmasına səbəb olur. Yəni bu indekslər qeyd edilən səbəbdən korrelyasiya təşkil edir.
ABŞ dollarının 6 valyuta – avro, yen, funt-sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında ölçülən indeksi DXY son yarım ildə 101.7 bənddən 108.4 bəndə qalxıb.
Manatın cari indeks 2015-ci ilin fevralında sonuncu dəfə 148.4 bənd təşkil etsə də, həmin ayda baş tutmuş devalvasiyadan sonra REM 124.4 bəndə qədər kəskin eniş yaşamışdı. Son 7 ildə manatın REM-i hətta 90 bənddən də aşağı düşdüyü vaxtlar oldu. Belə ki, 2017-ci ilin avqustunda REM 87.0 bəndə qədər düşmüşdü.
Manatın real məzənnəsi son 10 ilin maksimumuna yüksəlibQeyd edək ki, "The Economist" jurnalına görə, "Big Mac" indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini göstərir. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir "Big Mac" 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir.

Banklar     Tarix: 27 fevral 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin