Mario Draqi: "İtaliya Rusiya təbii qazından asılılığını kəskin azaldıb"
İtaliyanın Rusiya təbii qazından asılılığı ötən illə müqayisədə kəskin şəkildə azalıb.
Bu sözləri İtaliyanın Baş naziri Mario Draqi deyib.
Baş nazir bildirib ki, İtaliyanın Rusiya qazından asılılığı xeyli azalıb: "Keçən ilin bu dövründə Rusiyadan idxal edilən qaz həcmləri ümumi idxalın 45 faizi nisbətində olduğu halda, cari ildə həmin göstərici 25 faiz təşkil edir. Digər ölkələrdən təchizat yaxşı formadadır, qaz anbarlarının da doluluq nisbəti artır. Bu, mühüm göstəricidir".
Qeyd edək ki, iyunun ortalarında İtaliyanın "Eni" neft-qaz şirkəti Rusiyanın "Gazprom" şirkətindən gündəlik tədarük olunan təbii qazın həcminin 15 faiz azaldığını açıqlayıb. Ötən günlərdə isə "Eni"nin "Gazprom" qaz tədarükü gündəlik orta hesabla 21 milyon kubmetrə düşüb.
Təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind