"Masterpass" Azərbaycanda daha iki bankın mobil tətbiqinə inteqrasiya ediləcək
Bu il "Mastercard" beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankının mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.
Bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.
"Azərbaycanda "Masterpass" inkişaf etdirilir. Ötən il bir böyük bankla əməkdaşlığa başlayaraq onun mobil tətbiqinə "Masterpass"ı daxil etdik. Bu il də iki böyük bankla bunu həyata keçirərək Azərbaycanda "Masterpass"ın əhatə dairəsini genişləndirəcəyik", – deyə o qeyd edib.
E.Zeynalov həmçinin Azərbaycanda NFC əməliyyatlarının da əhatə dairəsinin artırılacağını deyib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?