"McDonald's Azərbaycan"ın yeni restoranı Qala qəsəbəsində açılıb - FOTOLAR

"McDonalds Azərbaycan" şirkətinin sayca 32-ci restoranı mayın 23-də Qala qəsəbəsində - Mərdəkan şosesinin cənub-şərq tərəfində, yeni fəaliyyətə başlamış "Rahat Gourmet Market"-də açılıb.
Müasir "in-store" formatında hazırlanmış restoranın tərtibatında funksionallığı rahat planlaşdırma ilə birləşdirən "Geometry" dizaynından istifadə edilib. Daxilində 132 oturacaq yeri nəzərdə tutulmuş restoranın 40 yerlik geniş terrası isti vaxtlarda rahat istirahət üçün idealdır. Restoranda həmçinin "McDelivery" xidməti göstərilir ki, bu da yaxın qəsəbələrə daha sürətli çatdırılma etməyə imkan verəcək.
"McDonalds Azərbaycan"ın digər restoranlarında olduğu kimi, burada da qabaqcıl xidmət texnologiyaları - interaktiv özünəxidmət köşkləri, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən "table service" xidməti tətbiq edilib. Avtomobil sürücüləri üçün nəzərdə tutulmuş "MakAvto" xətti daha rahat xidmət göstərməyə şərait yaradır.
"Rahat Gourmet Market"-də yerləşən McDonald"s restoranın açılması ilə 70 yeni iş yeri yaradılıb. Hazırda "McDonalds Azərbaycan" şirkəti ölkə üzrə 2900 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan "McDonalds" artıq 25 ildir ki, yerli istehsal həcmlərinin artırılmasına töhfə verməklə, ölkədə qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir.
"McDonalds Azərbaycan"ın təchizat və logistika, rekruitment, həmçinin informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif iqtisadi sahələri təmsil edən 100-dən çox yerli podratçı şirkət ilə fasiləsiz əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. / fed.az

Biznes     Tarix: 23 may 2025

Oxşar xəbərlər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı


iqtisadi xeberler dollar kursu bitcoin qiymeti dollarin kursu bu gun bitcoin