"Məmmədoğulları" şirkətinin gəlirləri 2 milyon artıb – QAZANCI AÇIQLANDI

Azərbaycanın tanınmış yerli mebel istehsalçılarından olan "Məmmədoğulları" QSC 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin ümumi gəlirləri 11 milyon manatı, xərcləri isə 10 milyon manatı keçib. 2022-ci illə müqayisədə şirkətin həm gəlirləri, həm də xərcləri 2 milyon manata yaxın artıb. 
2023-cü ildə şirkət 11 milyon 31 min manatlıq mebel və sair mal-xidmət satıb. Satışların və gəlirlərin artmasına baxmayaraq 2023-cü ildə "Məmmədoğulları"da əmək haqları 100 min manat azalaraq 1,7 milyon manatdan 1,6 milyon manata enib. 
Əvəzində xammal və materiallara çəkilmiş xərclər 1 milyon manata yaxın artaraq 2022-ci ildəki 5,1 milyon manatdan 6 milyon manata yüksəlib. 
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 920 min manat olub. Buradan 184 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Məmmədoğulları" QSC-nin 2023-cü il üzrə xalis mənfəəti 736 min manat təşkil edib.
Bu 2022-ci illə müqayisədə 286 min manat və ya 60% artıqdır. Xatırladaq ki, "Məmmədoğulları" QSC 2022-ci ili 450 min manat xalis mənfəətlə bağlamışdı.
2023-cü ilin sonuna "Məmmədoğulları" QSC-nin aktivləri 8 milyon 977 min manat olub. 2022-ci illə müqayisədə aktivlərdə aktivlər 1,4 milyon manat azalıb. 
İlin sonuna şirkətin 920 min manatlıq əmlakı var, qısamüddətli aktivlər isə 8 milyon manatdır. Əsas azalma da qısamüddətli aktivlərdə baş verib. Belə ki, "Məmmədoğulları" QSC-nin 2022-ci ilin sonunda 5,4 milyon manat alacağı vardısa, 2023-cü ilin sonunda bu məbləğ 4,1 milyona düşüb. Əvvəlki ildə şirkətin ehtiyatarı 3,3 milyon manat idisə, 2023-ün sonunda bu rəqəm 600 min manat azalaraq 2,7 milyona düşüb.  
Şirkətin kapitalı isə əksinə artaraq 2,5 milyon manatı keçib. 

Biznes     Tarix: 26 iyun 2024

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq