Məmmədxanova yarım milyonu kriptovalyutada itiribmiş

Məmmədxanova yarım milyonu kriptovalyutada itiribmişXəbər verdiyimiz kimi, "Premium Bank" ASC-nin 5 saylı filialının müdiri Nəzakət Məmmədxanova bankın yarım milyon manata yaxın pulunu mənimsədiyi üçün 7 illik həbs olunub.
Bankdan yarım milyon manata yaxın pulu mənimsəyənlərə hökm oxundu, biri məhkəmə zalından həbs olunub
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Məmmədxanova ifadəsində banka məxsus olan 461 min manatı və özünün 120 min manat (581 min manat) pulunu kriptovalyuta bazarında itirdiyini deyib.
O bildirib ki, 2024-cü ilin aprel ayında Artyom Romanov adlı xarici vətəndaşla tanış olub və həmin şəxsin vasitəçiliyi ilə kriptovalyuta birjasında iştirak etməyə başlayıb: "Həmin şəxs mənə müxtəlif vədlər vermişdi, çoxlu pullar qazanacağımızı demişdi. Main Capital.com, binanse.com saytında və Azərbaycanda fəaliyyət göstərən proqramlardan birində öz kartımı qeydiyyatdan keçirməli olduğumu demişdi. Bu saytlarda kriptovalyuta işi ilə məşğul olaraq pulu kriptovalyutaya çevirə bildiyimi izah etmişdi. Artyom broker olduğunu və mənə investisiya-kripto işini öyrədəcəyini, müxtəlif biznes sahələrinə kriptovalyuta şəklində pul qoyuluşundan yüksək məbləğdə gəlir əldə ediləcəyini bildirmişdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra filiala məxsus pulları 1 ay içində kriptovalyuta işlərinə qoyub, özünə məxsus 120 min manatdan artıq vəsaiti də Artyomun dediyi kimi hesablara yerləşdirib: "Pulun hamısı dediyi kimi komissiyalar, pulun sığortası, birjalar üçün proqram vasitəsilə dediyi istiqamətdə Binanse.com-a köçürüldü. Lakin sonra filialın xəzinədarı Samirə xanım mənə işləmək üçün pulun qalmadığını bildirəndə vəziyyətin pisləşdiyini görüb bankın rəhbərliyinə məruzə etdim. Artıq qeyd edilən saytlar tərəfindən aldadıldığımı başa düşdüm. Həmin vaxt Samirəyə özümü öldürəcəyimi demişdim, lakin bunu hədə-qorxu gəlmək məqsədilə deməmişdim. Sadəcə özümü itirmişdim, nə hərəkət edəcəyimi bilmirdim. Köçürülən vəsaitlərdən heç bir qəpik də götürməmişdim. Bank rəhbərliyinə mənə pulları geri qaytarmağım üçün vaxt vermələrini xahiş etmişdim. Samirənin mənim işlərimdən məlumatı olmayıb, pulun özümə lazım olduğunu demişdim. Yalnız axırdan-axıra ona bütün vəziyyəti danışdım. Hansı ki, o vaxta qədər təxminən 200 000 manat pul artıq xəzinəyə mədaxil edilmədən mədaxil qəbzləri yazılmışdı".
N.Məmmədxanova qeyd olunan əməlləri törədərkən özündə olmadığını əlavə edib: "Psixoloji asılılıq vəziyyətində olmuşam, buna görə hətta 2 saylı Psixiatriya xəstəxanasında müalicə də aldım. Bu məsələnin həll olunması üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdim, aldadılmağımla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlandı. Aparılan bütün əməliyyatlar, yəni həm proqrama, həm banka, həm də onun özünə nə qədər pullar köçürülməsi və bir qəpik belə həmin puldan özümə götürmədiyim tam olaraq öz təsdiqini tapdı. Həmin işdə də mən zərərçəkmiş kimi tanındım. Bütün bunlara baxmayaraq, istintaq orqanı tərəfindən siyahıya alınmış əmlaklarım, yəni Qusar rayonunun Hil kəndində olan 22 sot torpaq, Goradildə 12 sot + 2 sot torpaq sahəsində olan yarımtikili torpağı ilə birlikdə banka vurulmuş maddi zərəri ödəmək məqsədilə satışa çıxarıldı".
Bildirilib ki, cinayət işində xəzinədar Samirə Əliyeva da təqsirləndirilib. O, banka dəymiş zərərdən 40 min manatını ödəyib və bank ona qarşı olan şikayətini geri götürüb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Samirə Əliyevaya isə şərti cəza verilib. N.Məmmədxanovanın əmlakları satış üçün hərraca çıxarılıb.

Kriptovalyuta     Tarix: 05 may 2025

Oxşar xəbərlər

Azərbaycanda "Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

Mərkəzi Bankda fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub. AMB-də fintex ekosistemində institusiona

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

"Bitcoin" yenidən 80 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

Kriptovalyuta əməliyyatları ilə əlaqədar fəaliyyət sahibkarlıq, yoxsa qeyri-sahibkarlıq fəaliyyəti sayılır? Ümumiyyətlə, bu fəaliyyət növü ilə bağlı vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta ödənişlər

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i


iqtisadi xeberler leobank kart dollar mezenne dollar kursu bitcoin qiymeti