Mənfəət vergisinin dərəcəsinə dəyişikliklər edilməsi müzakirə olunacaq
Qarşıdakı dövrdə Azərbaycan və Dünya Bankının nümayəndələrindən ibarət işçi qrupu milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsini diqqət mərkəzində saxlayacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirmə və təhlill aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönəldiləcək. Müzakirələrin nəticəsi olaraq, bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur. Lakin, əlbəttə ki, qeyd etdiyim kimi, bu məsələ yalnız biznes dairələri ilə müzakirələrdən və mümkün risklərin təhlilindən sonra mümkün olacaq", - deyə o, qeyd edib.
Hazırda Azərbaycanda mənfəət vergisinin dərəcəsi 20%-dir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?