Mərkəzi Bank 2025 və 2026-cı ilin inflyasiyası ilə bağlı nə düşünür?
Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar ayında yenilənmiş proqnozlara əsasən, ölkədə 2025-2026-cı illərdə inflyasiyanın illik səviyyəsinin hədəf diapazonunda 2%-6% diapazonunda qalacağı gözlənilir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.
AMB-nin 2025-ci il üzrə inflyasiya proqnozu 5.5% təşkil edir. Bu proqnoza görə, tənzimlənən qiymətlərin, dövlət istehlakının, ev təsərrüfatlarının istehlakının və digər amillərin inflyasiyaya artırıcı təsiri olacaq. Nominal effektiv məzənnənin (NEM) isə azaldıcı təsir etməsi gözlənilir.
Qeyd edək ki, NEM ölkənin ticarət tərəfdaşlarının valyutalarına qarşı milli valyutanın orta çəkili məzənnəsini göstərir. Güclü NEM idxalı ucuzlaşdıraraq inflyasiyanı azalda bilər. AMB press-relizlərində NEM-in idxal olunan məhsulların qiymətlərinə azaldıcı təsirini dəfələrlə vurğulayıb. Yəni inflyasiya (idxal) üçün neytrallaşdırıcı barier kimi qiymətləndirir.
Yanvar proqnozu oktyabr proqnozuna nisbətən 0.3 faiz bəndi aşağı reviziya edilib. NEM-in 2025-ci ilin sonuna 8.2% artması gözlənilir ki, bu da inflyasiya proqnozunu 0.08 faiz bəndi aşağı salacaq. Kənd Təsərrüfatı Məhsullarının İstehsalçı Qiymətləri İndeksinin (KİQİ) artım proqnozu isə aşağı düşüb, bu da inflyasiya proqnozunu 1.25 faiz bəndi azaldır.
2026-cı ilə inflyasiya proqnozu 3.8% olaraq müəyyən edilib. Bu proqnozda dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı və digər amillər inflyasiyanı artıracaq, NEM isə azaldıcı təsir göstərəcək.
AMB əlavə edir ki, inflyasiya proqnozlarının reallaşması daxili və xarici risk amillərindən asılı olacaq. Xarici risklər arasında geosiyasi gərginliklər, qlobal fraqmentasiya və ərzaq istehsalına təsir edən iqlim dəyişikliyi əsas yer tutur. Daxili risklər isə yerli xərc amilləri və məcmu tələbin artımı ilə əlaqəlidir. Dövlət büdcəsi xərclərinin artması inflyasiya təzyiqinə səbəb olmayacaq, amma büdcə xərcləri və kredit qoyuluşlarının inflyasiyaya təsirləri izlənməlidir.
AMB tərəfindən aparılan sorğularda inflyasiya gözləntiləri sektorlara görə fərqli istiqamətlərdə dəyişir. 2024-cü ilin dekabrında həyata keçirilən real sektorun monitorinqinə əsasən, xidmət və tikinti sektorlarında qiymət artımı gözlənilir. Ticarət sektorunda isə qiymət gözləntiləri mənfi qalıb. Sənayenin qeyri-neft-qaz sektorunda isə gözləntilər il ərzində dəyişkən olub və müsbət zonaya keçib.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?