Mərkəzi Bank "Azərpoçt"a icrası məcburi göstəriş verib
Mərkəzi Bank "Azərpoçt" MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb.
Məlumata görə, "Azərpoçt" MMC tərəfindən 2024-cü ilin dekabr ayının sonuna prudensial hesabatlarının "Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar"ın 2.8-ci bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.4.6-cı maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Azərpoçt" MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
Həmçinin "Azər-Türk Bank" ASC-yə icrası məcburi sərəncamın verilib. Məlumata görə, "Azər-Türk Bank" ASC tərəfindən "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulmasına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən "Azər-Türk Bank" ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
Bunlardan başqq, "Stimul" Kredit İttifaqı MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Stimul" Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
"Total Finans Kredit İttifaqı" MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Total Finans Kredit İttifaqı" MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
"Finans Kredit İttifaqı" MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Finans Kredit İttifaqı" MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10