Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalır

Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırAzərbaycanda 2022-ci il ərzində kredit risklərində azalma müşahidə edilib.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
İl ərzində qeyri-işlək portfelin həcmi 1.8% azalaraq 0.7 mlrd. təşkil edib. Qeyri-işlək portfelin (QİK) cəmi portfeldə payı isə 0.7 faiz bəndi azalaraq 3.8% olub. Hazırda QİK əmsalı göstəricisi tarixi minimum səviyyəsindədir. QİK portfelinin azalması banklarda risklərin idarəedilməsi çərçivəsinin təkmilləşdirilməsi, borcalanların ödəmə davranışlarında müsbət dinamika ilə yanaşı, problemli aktivlərin silinməsi ilə də dəstəklənmişdir.
Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırİl ərzində 180 mln. manat həcmində kreditlərin silinməsi həyata keçirilmişdir (2021-ci il ərzində bu göstərici 183 mln. manat olmuşdur).
Sektor üzrə QİK portfelinin 69%-i (0.5 mlrd. manat) biznes kreditləri, 25%-i (0.2 mlrd. manat) istehlak portfeli, 6%-i (0.04 mlrd. manat) isə ipoteka portfeli hesabına formalaşıb.
Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırBiznes portfeli üzrə QİK əmsalı 4.7% olduğu halda istehlak və ipoteka portfelləri üzrə bu göstərici müvafiq olaraq 3.2% və 1.5% təşkil edir. Bütövlükdə, QİK portfelinin 76%-i milli valyutada verilmiş kreditlər, 24%-i isə xarici valyutada verilmiş kreditlər təşkil edir.
AMB əlavə edir ki, QİK portfelinin gecikmə günləri üzrə strukturunun dinamikası da, kredit risklərinin azaldığını göstərir. Belə ki, 2017-ci ildən etibarən 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.6 f.b. azalaraq 14.2%-dən 2.6%-ə enmişdir (2021-ci ilin sonunda bu göstərici 3.1% olmuşdur).
Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırBiznes portfeli üzrə kredit risklərində əhəmiyyətli dəyişiklik müşahidə edilmişdir. Biznes portfeli üzrə QİK əmsalı il ərzində 0.5 f.b. azalaraq 4.7% olmuşdur. Biznes portfeli üzrə QİK-in həcmi 507 mln. manat təşkil edir. Biznes portfeli üzrə qeyri-işlək portfelin konsentrasiyası əsasən tikinti və ticarət sahələri üzrədir. Biznes portfeli üzrə cəmi QİK-in 50%-i məhz bu sahələrə verilmiş kreditlər üzrədir. Tikinti sektoruna verilmiş kreditlərin 10%-i qeyri-işlək statusundadır.Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırİstehlak portfeli üzrə QİK əmsalında əhəmiyyətli dəyişiklik olmayıb. 2022-ci il ərzində istehlak portfeli üzrə QİK əmsalı 0.8 faiz bəndi azalaraq 3.2% olmuşdur. İstehlak portfeli üzrə QİK-in həcmi 185 mln. manat təşkil edir. İstehlak portfelinin 48%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir. 2018-ci ilinin sonuna bu göstərici 36% təşkil etmişdir. Özəl sektorda çalışanların kreditləşməsi üzrə aktivlik pandemiyadan öncəki səviyyəsini bərpa edərək 25%-ə çatmışdır. İl ərzində daha həssas kateqoriya hesab olunan təqaüdçülərə verilmiş kreditlərin cəmi istehlak portfelində payı dəyişməz qalmışdır(15%).
Mərkəzi Bank deyir ki, ölkədə bank kreditləri üçün risklər azalırSağlam və məsuliyyətli borclanmanın təmini və sektorun potensial təhdidlərdən qorunması məqsədilə 2022-ci ilin iyul ayında istehlak kreditləri üzrə prudensial çərçivəyə sərtləşmə xarakterli dəyişikliklər edilmişdir. Belə ki, yeni requlyativ dəyişikliklərə əsasən BGN əmsalı və faiz dərəcəsi yüksək istehlak kreditləri üçün risk dərəcələri artırılmışdır. Həmçinin istehlak kreditləri üzrə BGN əmsalının yuxarı həddi üzrə imperativ limit 70% səviyyəsində müəyyən edilib. Habelə, istehlak kreditlərinin, o cümlədən restrukturizasiya edilmiş istehlak kreditlərinin müddət tələbi sərtləşdirilib. Eyni zamanda, yüksək (45%+) BGN əmsalı olan istehlak kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə BGN əmsalına əsaslanan ehtiyatlanma tələbləri sərtləşdirilərək tələbin əhatə dairəsinə restrukturizasiya edilmiş, limiti artırılmış, habelə həmin bankdan son 6 ay ərzində alınmış bütün istehlak kreditləri əlavə edilib.

Banklar     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti