Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Son bir ildə əhali tərəfindən banklara nağd 6 mln. axın olubAzərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarla təklif olunur.
Hazırda "exchange"lər üzrə ən aşağı satış məzənnəsi 1.6970 manat səviyyəsində "A Zuhur" MMC tərəfindən təklif olunur. Digər məntəqələrdə isə satış qiymətləri 1.6975–1.6990 manat aralığında dəyişir. Məsələn, "Meta Kapital" MMC və "Eliko" MMC dolları 1.6975 manat-dən satır, "MMK-014" MMC isə 1.6990 manat səviyyəsində təklif edir.
Alış məzənnələrinə gəldikdə isə, ən yüksək səviyyə 1.6955 manat ilə yenə "A Zuhur" MMC tərəfindən qeydə alınıb. Digər məntəqələrdə alış kursları əsasən 1.6930–1.6950 manat intervalında formalaşıb.
Banklar arasında isə nağd dolları ən ucuz satanlar sırasında Unibank və TuranBank (1.7005 AZN), həmçinin Rabitəbank (1.7005 AZN) yer alır.
Qeyd edək ki, 2017-ci ilin martından bu tərəfə Mərkəzi Bank manat üçün lövbər 1 dollar=1.7000 manat sabit məzənnə seçib.
Azərbaycan Mərkəzi Bankı keçən həftə valyuta bazarına alışyönlü intervensiya etdiyini açıqlamışdı. Bildirmişdi ki, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə valyuta bazarında təklif tələbi üstələyib, nəticədə həm nağd, həm də qeyri-nağd seqmentlərdə artıq təklif formalaşıb və ölkənin valyuta ehtiyatları artıb.
Apreldə tələbin zəif olması fonunda Mərkəzi Bank 1 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə edib, nəticədə ehtiyatlar 1 milyard 29.7 milyon dollar artıb və bu vəsaitin bir hissəsi il ərzində bazar tarazlığını qorumaq üçün yenidən istifadə oluna bilər.
Azərbaycan bankları 2026-cı ilin birinci rübündə valyuta bazarında əhaliyə nağd 322 milyon ABŞ dolları satarkən, 391.4 milyon dollar alıblar. Beləliklə, alışlar satışı üstələdiyindən (və ya təklif tələbi üstələdiyindən) əhali tərəfindən banklara doğru xalis nağd 69.38 milyon dollar axın olub. Bundan əlavə, 2025-cı ilin aprelindən 2026-cı ilin aprelinə qədər ümumilikdə 606.2 milyon dollarlıq əhali tərəfindən banklara doğru nağd ABŞ dolları axını olub. Bu indi qədər qeydə alınan nadir bir illik bir isitqamətli axındır.
Bununla da Mərkəzi Bankın bildirdiyinə görə orta mübadilə məzənnəsi ilk rübdə 1.6984 USD/AZN-dən 1.6981 USD/AZN-ə düşüb.
Son bir ildə əhali tərəfindən banklara nağd 6 mln. axın olubSon bir ildə əhali tərəfindən banklara nağd 6 mln. axın olub/ banker.az

Banklar     Tarix: 04 may 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti