Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur.
Bundan başqa, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 73,1 % artaraq 325,3 min manat, sayı isə 64,1 % artaraq 6 020 olub.
I rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4 %-i hesabın ələ keçirilməsi (47,4 faiz bəndi az), 78,6 %-i digər hallarla (47,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2 %-i kartın fiziki iştirakı olmadan (20,4 faiz bəndi az), 39,8 %-i digər hallarla (20,4 faiz bəndi çox) bağlı olub.
Yanvar-mart aylarında ölkədaxili fırıldaqçılığın 98,3 %-i (1,4 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 1,7 %-i (1,4 faiz bəndi az) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6 %-i (9,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 19,4 %-i (9,2 faiz bəndi çox) isə digər hallarda baş verib. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət