Mərkəzi Bank lisenziyalar ləğv edib

Mərkəzi Bank lisenziyalar ləğv edibMərkəzi Bank sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat yayıb.
Qeyd edilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 iyun 2025-ci il tarixli qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
Mərkəzi Bank lisenziyalar ləğv edibİdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 107.1.2-ci maddəsinə əsasən lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, adları siyahıda qeyd olunmuş 1 (bir) hüquqi şəxsə və 4 (dörd) nəfər fiziki şəxsə və Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci, 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin SİYAHISI
Mərkəzi Bank lisenziyalar ləğv edib/ marja.az

Banklar     Tarix: 21 iyun 2025

Oxşar xəbərlər

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler dollar mezenne pul qazanmaq rubl mezenne bu gunun xeberleri