Mərkəzi Bank "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirdi
"Naxçıvan Bank" bütün prudensial tələblərə riayət edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. "Naxçıvan Bank" ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir" açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən "Naxçıvan Bank"ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.
Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu "Naxçıvan Sığorta"nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.
Qeyd edək ki, "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də "Naxçıvan Bank"ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq "Naxçıvan Sığorta"nın lisenziyası ləğv edilib və portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb.
© APA / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
McDonalds haqqında maraqlı faktlar