Mərkəzi Bank sığorta ilə bağlı bir sıra normativ aktları 6 ay müddətində təsdiq etməlidir

Mərkəzi Bank sığorta ilə bağlı bir sıra normativ aktları 6 ay müddətində təsdiq etməlidirAzərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bir sıra normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 
marja.az xəbər verir ki, bu, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 13 mart tarixli 735 nömrəli, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir.
Aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edilməlidir:
- "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri;
- həmin Qanunun 10.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədləri və tələbləri;
- həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar üçün korporativ idarəetmə standartlarını;
- həmin Qanunun 38.1-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydasını;
- həmin Qanunun 44.1.6-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 81.8-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının formalaşdırılması qaydalarını və katastrofik risklərin meyarlarını;
- həmin Qanunun 81-6.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aktuari rəyinin məzmununu, formasını və təqdim edilməsi qaydasını;
- həmin Qanunun 94-1.10-cu maddəsinə uyğun olaraq, müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri;
- həmin Qanunun 95.5-ci maddəsinə uyğun olaraq, sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarını.

Banklar     Tarix: 31 iyul 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitkoin almaq valyuta xeberleri biznes krediti en son xeberler