Mərkəzi Bank şikayət indeksində aşağı və yüksək yerləri tutan bankların adlarını açıqladı

Mərkəzi Bank şikayət indeksində aşağı və yüksək yerləri tutan bankların adlarını açıqladıMərkəzi Bank 2024-cü ilin yanvar ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni açıqlayıb. 
Marja.az İndeksə istinadən xəbər verir ki, Yanvarda aşağı şikayət indeksinə "PAŞA Bank", "Xalq Bank", ABB, "AFB Bank", "Azər-Türk Bank", "Rabitəbank", "Kapital Bank" və "Premium Bank" daxil olub. 
Orta şikayət indeksində isə "AccessBank", "Turanbank", "Bank Respublika" və "Unibank" yer alıb.
Yuxarı şikayət İndeksinə isə "Yelo Bank", "Bank Avrasiya", "Expressbank",  Bank VTB (Azərbaycan) "Yapı Kredi Bank Azərbaycan",  "Bank BTB" və "Bank of Baku" daxil olub.
İndeks üzrə göstəriclər şikəyət sayı və müştəri bazasına görə aylıq əsasda dəyişə bilər. Adətən böyük sayda müştəri bazası olan bankdan şikayət sayı az sayda müştərisi olan bank ilə müqayisədə çox olur. Bununla əlaqədar olaraq tanınmış və aparıcı bir bank yüksək şikayət indeksinə daxil ola bilir. 
Siyahıda yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmamışdır.
Banklar üzrə şikayət indeksinin hesablanması üçün bu düstürdan istifadə olunmuşdur: Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Müştərilər üzrə bazar payı.
Şikayətlər üzrə bazar payı – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur.
Müştərilər üzrə bazar payı – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır. 
Mərkəzi Bank şikayət indeksində aşağı və yüksək yerləri tutan bankların adlarını açıqladı

Banklar     Tarix: 19 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri