Mərkəzi Bankdan Premium Bank ilə bağlı "məcburi sərəncam"
Azərbaycan Mərkəzi Bankı tərəfindən "Premium Bank" ASC ilə bağlı "məcburi sərəncam" göstərişi verilib.
Qeyd edilir ki, "Premium Bank" ASC tərəfindən xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvar ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən "Premium Bank" ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Qeyd edək ki, həmin maddədə qeyd edilir ki, 2023-cü ilin 01 dekabr tarixinə likvidliyin örtülmə əmsalı məcmu halda və xarici valyutada ayrılıqda 100 faiz və ya bundan yuxarı olan banklar həmin əmsalların 100 faizdən aşağı həddə düşməməsini təmin etməlidir. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Ən çox soruşulan müsahibə sualları hansılardır?