Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması çətinləşəcək - VİDEO

Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması çətinləşəcək - VİDEOAzərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək.
KONKRET.az xəbər verir ki, Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.
İqtisadçı Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müəyyən mənada bu istiqamətdə əvvəlcədən qabaqlayıcı tədbirlər görməyə çalışır. Kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaq.
"Bu gün Mərkəzi Bank tərəfindən qəbul edilən qərar istehlak kreditlərinə çıxış imkanlarını müəyyən mənada çətinləşdirməklə gələcəkdə bu istiqamətdə borclanma səviyyəsinin artmasının qarşısını almağa, risklərin qismən azaldılmasına hədəflənməklə yanaşı, faizlərin də ağlabatan səviyyədə olmasını təmin etmə istiqamətlidir" – deyə ekspert vurğulayıb.

Xəbərlər     Tarix: 21 avqust 2022

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler leobank kart dollar manat kursu bitcoin qiymeti biznes xeberleri