Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIB

Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır. 
Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb. 
Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBAqrar Sığorta Fondunun açıqladığı rəqəmlərə əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə artıqdır, Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilmişdi. 
Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır. 
Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib. 
Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45% artıqdır. 
2024-cü ilin ilk 10 ayında ölkə üzrə 406 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qoarğıdalı, pambıq sahələridir. 
Eyni zamanda ölkə üzrə 2 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb. 
Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqı toplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manat həcmində sığorta təminatı verilib. 
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır. 
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBMeyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBMeyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBMeyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBMeyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIBMeyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIB/ marja.az

Banklar     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca


iqtisadi xeberler emlak xeberleri investisiya internetden pul qazanmaq birbank