Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib

Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib®Ziraat Bank Azərbaycan 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) ənənəvi olaraq rəsmi tərəfdaş qismində iştirak edib.
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq, yerli və beynəlxalq tərəfdaş qurumların dəstəyi ilə keçirilən forum bu il 10-cu dəfə təşkil olunub.
"Etibarlı, təhlükəsiz, dayanıqlı bankçılıq və texnologiya" mövzusuna həsr olunan forum regionun aparıcı maliyyə institutlarını, tənzimləyici orqanların nümayəndələrini, beynəlxalq təşkilatları, yerli və xarici ekspertləri bir araya gətirib. Tədbir çərçivəsində bank sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, innovativ maliyyə texnologiyaları, kibertəhlükəsizlik və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Forumda Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, eləcə də bankın digər rəhbər şəxsləri iştirak ediblər.
Forumda çıxış edən Türkiyə Banklar Birliyinin icraçı direktoru Nurullah Bakır bank sektorunun gələcəyinin etibar, texnoloji inkişaf və dayanıqlı iqtisadi artım prinsiplərinə əsaslandığını vurğulayıb. O, türk dövlətləri arasında maliyyə və bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsinin ticarət, investisiya və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Nurullah Bakır, həmçinin süni intellekt, açıq bankçılıq və yeni nəsil ödəniş sistemlərinin yaratdığı imkanlardan danışaraq kibertəhlükəsizliyin və risklərin səmərəli idarə edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə bank sektorunun aktivlərinin 1,2 trilyon ABŞ dollarına yaxınlaşdığını, rəqəmsal bankçılıq üzrə aktiv müştərilərin sayının isə 131 milyona çatdığını diqqətə çatdırıb.
Forum çərçivəsində maliyyə sektorundakı innovasiyalara həsr olunan sərgidə Ziraat Bank Azərbaycan öz stendi ilə təmsil olunub. Bankın stendində korporativ və pərakəndə bankçılıq istiqamətləri üzrə məhsul və xidmətlər, eləcə də innovativ maliyyə həlləri forum iştirakçılarına təqdim edilib.
Ziraat Bank Azərbaycanın beynəlxalq forumda rəsmi tərəfdaş qismində iştirakı bank sektorunda təcrübə mübadiləsinin genişləndirilməsinə, işgüzar əlaqələrin möhkəmləndirilməsinə və innovativ bankçılıq ekosisteminin inkişafına verdiyi önəmin göstəricisidir.
Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilibZiraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilibZiraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib

Banklar     Tarix: 28 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb

Prezident İlham Əliyev Milli Məclisin noyabrın 3-də qəbul etdiyi Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını təsdiqləyib. Bununla bağlı "Banklar haqqında" və "Qiymətli kağızla

Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: "Mashreq Bank"la 105 milyon dollarlıq saziş imzalandı

Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan "Mashreq Bank"l

Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq

Gələn ildən Azərbaycan bankları 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə bildirib. Onun sözlərinə görə, ekoloji

"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub

"Bank Respublika" ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib. xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov və Tələt Dünyadur oğlu Orduyev bankın İdarə Heyətinin üzvü təyin edilib. Anar Hüseynağa oğlu Həmido

"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"

Azərbaycanda sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin Maliyyə Texnologiyalarını

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd

Azərbaycanda dələzduzluqla mübarizə üçün platforma yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) mərkəzləşdirilmiş dələduzluq əleyhinə (anti-fraud) platformasının tamdəyərli fəaliyyətini ən geci 2030-cu ilədək təmin etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxal

"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"Premium Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. xəbər verir ki, Şahin Nizaməddin oğlu Rzayev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da bankın İdarə Heyətinin tərkib

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu rubl mezenne bitkoin