"Microsoft" 60 milyon avro cərimələndi
Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiya (CNIL) Amerikanın "Microsoft" şirkətinin İrlandiya ofisini 60 milyon avro məbləğində cərimələyib.
Buna səbəb şirkətin kukilər (veb-server tərəfindən göndərilən və istifadəçinin kompüterində saxlanılan kiçik məlumat parçası) vasitəsilə istifadəçilərə öz məlumatlarını təqdim etməkdən imtina və ya qəbul prosedurunu sadələşdirmək istəməməsidir.
"Bing.com axtarış sistemində kukilərdən imtina şərtləri ilə bağlı şikayət daxil olduqdan sonra məlum olub ki, sayta daxil olan zaman həmin fayllar istifadəçinin razılığı olmadan onun kompüterinə yüklənir. Həmçinin diqqətə çatdırılıb ki, kukiləri qəbul etməkdən asanlıqla imtina və ya razılıq vermək üçün heç bir düymə olmayıb", – deyə tənzimləyicinin bəyanatında deyilir.
"Microsoft"a bununla bağlı sorğu göndərilsə də, vəziyyət dəyişməyib və nəticədə müvafiq cərimə tətbiq edilib. Bundan əlavə, şirkətə üç ay ərzində belə faylların Fransadakı istifadəçilərə göndərilməsi üçün icazə tələb edən mexanizm tətbiq etmək tapşırılıb. Bu müddətdən sonra tələbin yerinə yetirilməməsi halında şirkət hər gecikmə günü üçün təyin edilmiş cərimədən əlavə 60 000 avro ödəməli olacaq. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
SMM nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nə deməkdir?
Kriptovalyuta nədir və necə alınır?