"Microsoft" korporasiyası "Google-un qatili"nə $10 mlrd. sərmayə qoyur

"Microsoft" süni intellekt bazarında lider olmaq üçün yeni məlumatlar yarada, ünsiyyət qura və müxtəlif tapşırıqları yerinə yetirə bilən "OpenAI" şirkətinə 10 milyard dollar sərmayə qoyur. Korporasiya bu texnologiyadan "Word" və "Bing" axtarış sistemi də daxil olmaqla bütün məhsullarında istifadə etməyi planlaşdırır.
Banker.az bu barədə "The Bell" nəşrinə istinadən xəbər verir.
Bazar ertəsi "Microsoft" çat-bot yaradıcısı olan "OpenAI"a investisiyanı artırmaq planlarını açıqlayıb. Bəyanatda startapla əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək "çox illik, çox milyard dollarlıq investisiya"ya istinad edilir. Müqavilənin dəqiq məbləği və təfərrüatları açıqlanmasa da, əvvəllər mətbuat onun təxminən 10 milyard dollar dəyərində olduğunu yazıb. İnvestisiyalar o cümlədən superkompüterlərin yaradılmasına və süni intellekt sahəsində inkişaflara yönəldiləcək.
Güman edilir ki, "Microsoft" bir neçə il ərzində ona pul yatıracaq, baxmayaraq ki, yekun şərtlər dəyişə bilər.
"ChatGPT" nədir?
Bu, keçən il noyabr ayında istifadəyə verilmiş qabaqcıl çat-botdur. Yarandığı ilk həftədə bu çat-bot 1 milyondan çox istifadəçi və "Google Killer" ləqəbi qazanıb.
Qeyd edək ki, "Microsoft" daha əvvəl də "Open AI"yə investisiya edib – 2019-cu və 2021-ci illərdə. Bu ilin yanvar ayının əvvəlində "WSJ" yazmışdı ki, "OpenAI" sərmayədarlarla təxminən 29 milyard dollar qiymətləndirmə əsasında səhmlərini satmaq üçün danışıqlar aparır.
2019-cu ildə "Microsoft" "OpenAI"a 1 milyard dollar sərmayə qoyduqdan sonra şirkət yeni məhsulları bazara çıxararkən "Microsoft"a üstünlük verəcəyini söyləyib. Bu qərar "OpenAI"nin məqsədinin konkret səhmdarlara deyil, bəşəriyyətə kömək etmək olduğunu xatırladan texnologiya ictimaiyyətinin nümayəndələrinin tənqidinə səbəb olub.

Xəbərlər     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd


iqtisadi xeberler en son xeberler valyuta kurslari bitcoin qiymeti avtomobil xeberleri