Miles&Smiles PASHA Bank kartları üzrə "Bizdə bu yay hər şey ikiqat!" kampaniyasına start verilir

Miles&Smiles PASHA Bank kartları üzrə ®Bu yay Miles&Smiles PASHA Bank kart sahiblərinə daha çox mil, daha çox imtiyaz və daha çox səyahət fürsəti qazandıran "Bizdə bu yay hər şey ikiqat!" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər gündəlik ödənişlərindən daha çox fayda əldə edərək yay səyahətlərini daha sərfəli və üstünlüklərlə dolu edə biləcəklər.
15 iyul – 15 sentyabr tarixlərini əhatə edən kampaniya müddətində bütün Miles&Smiles PASHA Bank kart sahibləri xarici ölkələrdə və bankın tərəfdaş restoranlarında həyata keçirilən ödənişlərə görə ikiqat mil qazanacaqlar. Beləliklə, kart sahibləri gündəlik xərclərini daha sürətlə yeni səyahət imkanlarına çevirə biləcəklər.
Bununla yanaşı, kampaniya müddətində yeni Miles&Smiles PASHA Bank kartı əldə edən və ya müddəti bitmiş kartını yeniləyən müştərilər üçün əlavə imtiyazlar da nəzərdə tutulub. Kampaniya çərçivəsində onlara standart tarif üzrə ikiqat xoşgəldin milləri təqdim olunacaq, kampaniya şərtlərini tam yerinə yetirən müştərilər isə kartın növündən asılı olaraq 5 000, 10 000 və ya 15 000 bonus mil qazanacaqlar.
Kampaniya şərtləri haqqında daha ətraflı məlumat almaq üçün bu linkə keçid edin. "Bizdə bu yay hər şey ikiqat!" kampaniyası bütün Miles&Smiles PASHA Bank kartları üçün keçərlidir.
Xatırladaq ki, PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri olan Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi Miles&Smiles PASHA Bank kartları vasitəsilə müştərilərinə gündəlik əməliyyatlarını səyahət üstünlüklərinə çevirmək imkanı yaradır. 2019-cu ildə Azərbaycan bazarında təqdim edilən bu məhsul ölkədə gündəlik alış-veriş və ödənişlər hesabına uçuş milləri qazanmağa imkan verən ilk yerli kart həllərindən biri olub. Kart sahibləri topladıqları millərdən Türk Hava Yollarının uçuş şəbəkəsinə daxil olan istənilən istiqamət üzrə, mövcud şərtlərə uyğun olaraq, aviabiletlərin əldə edilməsi və Miles&Smiles loyallıq proqramı çərçivəsində təqdim olunan digər üstünlüklərdən yararlanmaq üçün istifadə edə bilirlər. / banker.az

Banklar     Tarix: 16 iyul 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti