Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda

Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda(®) Bakıda "Infinix" beynəlxalq texnologiya şirkətinin təqdim etdiyi yeni oyun smartfonları xəttinin – "Note 30" seriyasının prezentasiyası olub. Yeni smartfonun imkanlarını nümayiş etdirmək üçün "Infinix" və "PUBG Mobile" məhz "Note 30 Pro" smartfonlarında PUBGM turnirinin finalını keçirib.
Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda"Bizim yeni smartfon xəttimizin unikallığından fasiləsiz danışmaq olar", – "Infinix Mobility"nin MDB ölkələri üzrə marketinq direktoru İradə Həsənova qeyd edib və əlavə edib: "Hərçənd heç nə canlı təması əvəz etmir. Bu gün qonaqlarımız öz gözləri ilə yeni telefonlarımızı görə, həmçinin onlarda peşəkar və həvəskar oyunçuların necə oynadığına baxa bildilər. Turnirdə 190-dan çox komanda qeydiyyatdan keçmişdi, bu isə təqribən 1000 nəfər deməkdir. 140-dan çox komanda seçim meyarından keçdi və onlayn seçmə oyunlarda iştirak etdi. Bu gün isə biz tərəfdaşlarımız "PUBG Mobile", "Baku Electronics" və GMT ilə birlikdə oflayn yarımfinal və final oyunlarını keçirdik".
Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda"Biz yeni "NOTE 30 Pro" modelinin təqdimatı kimi iddialı layihədə "Infinix" şirkətinin partnyoru olaraq "Baku Electronics"in filialında "PUBG Mobile" üzrə onlayn seçmə, həmçinin oflayn final mərhələsindən ibarət kiberidman turniri təşkil etdik. "Infinix"ə bizə etibar etdiyinə görə minnətdarıq. Keyfiyyətli smatrfonların uğurlu olacağına şübhə etmirik. Dünyada geyminq və kiberidmanın yeni birgə yaradıcı fəaliyyətini gözləyirik", - GMT-nin rəhbəri Aleksandr Xitrov deyib.
Qeyd edək ki, seçmə və final oyunlarının bütün mərhələləri peşəkar şərhçilərin iştirakı ilə GLA HUB  kanalında yayımlanıb. Qalib "Sicilia Esports" komandası olub, üzvlərinə yeni "Note 30 Pro" hədiyyə edilib.
Mobil oyunun yeni səviyyəsi artıq AzərbaycandaBundan başqa, "Infinix/PUBGM" interteyment zonasında mətbuat, tanınmış inflüenserlər, top texnobloqçular, bloqçu-geymerlər və digər qonaqların böyük diqqətini maraqlı və unikal fotolar çəkməklə yanaşı, peşəkar oyunçuların "PUBG Mobile"da necə oynamağına baxmaq, kiberidmanın bu növündə özünü sınamaq da cəlb edib.
Aparıcı texnologiyalar sahəsində tanınmış bloqçu və "PUBG Mobile" həvəskarları arasında Azərbaycanın əsas ulduzlarından biri Toğrul Qurbanov ("Energizer") öz təəssüratlarını bölüşüb: "Təkcə texnoloji yeniliklərlə maraqlanan bir insan kimi deyil, həm də gözəlliyə dəyər verən biri kimi deyə bilərəm ki, təqdim edilən yeni model dəbli dizaynı, yüksəl keyfiyyətli materialları, yumşaq ekran, uzun müddət enerji saxlama və ayrıca üstünlük olaraq optimal qiyməti özündə birləşdirir".
Mobil oyunun yeni səviyyəsi artıq AzərbaycandaSmartfonun əsas özəlliklərindən biri 68W universal sürətli şarj və 15W naqilsiz sürətli şarjdır ki, bu da telefonla birlikdə hədiyyə kimi verilir. 5000 mAh akkumulyator tutumu 30 dəqiqəyə 1%-dən 80%-ə qədər enerji yığır. Model sənaye standartlarından 25 faiz yüksək olan 1000 tam şarj dövrü resursu sayəsində yüksək davamlılığa zəmanət verir.
"NOTE 30 Pro" fövqəladə hallarda ciddi üstünlük ola bilən digər cihazları tərs şarj (reversiv) etmə imkanını da dəstəkləyir.
"Infinix NOTE 30 Pro"da "Bypass" rejimi var, bu mənim çox xoşuma gəldi, - tanınmış texnobloqçu Fərid Pərdəşünas qeyd edib: " Əgər bu rejimi aktivləşdirsəniz, smartfonu enerji qovşağına birləşdirəndə avtomatik olaraq həmin rejim imkan yaradacaq ki, oyun oynadığınız zaman batareya dolmasın, enerji birbaşa smartfona ötürülsün və bunun sayəsində smartfonun qızmasının qarşısı alınacaq. Adətən, cihazlardan istifadə edəndə, oyun oynayanda onu elektrikə qoşuruq və batareya tez dolub, tez də boşalır. "Bypass" rejimində bunun qarşısını almaq üçün enerji kompüterdə olduğu kimi, birbaşa smartfona ötürülür. Çox önəmli innovasiyadır və mən düşünürəm ki, digər cihazlara da bu tətbiq olunmalıdır".
Soyudulmanın təmin edilməsi üçün smartfon "VC Liquid Cooling" sistemi ilə təchiz olunub və 10 qat xüsusi soyuducu VC materialı sayəsində soyutma kamerasının ümumi sahəsi 2000 mm²-dir.
Smartfonun əsas kamerası 108 meqapiksel aparıcı moduldur, həmçinin bokeh effekti ilə fotolar çəkmək üçün 2 MP portret modulu və süni intellekt modulu ilə, eləcə də gecə çəkilişləri üçün xüsusi rejim və 32 MP selfi-kamera ilə təchiz olunub.
"NOTE 30 Pro" "Infinix Smart Refresh" və "Magellan Engine" texnologiyalarının istifadə olunduğu 120Hz yeniləmə tezlikli 6,67 düymlük FHD+ "Amoled" ekrana malikdir. Bundan əlavə, ekrandan uzun müddət istifadə zamanı istifadəçilərin gözlərini qorumaq üçün "TUV Rheinland Certification" sertifikatlı göz mühafizə rejimi mövcuddur.
"NOTE 30 Pro" "Android 13" bazasında "XOS 13" əməliyyat sistemi ilə çalışan, böyük və resurs tutumlu işlər üçün nəzərdə tutulub.  Model 16GB RAM-a qədər genişləndirilə bilən operativ yaddaşa və 256GB ROM daxili yaddaşa malik güclü "Media Tek" prosessoru ilə təchiz olunub.
Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda"Infinix"də biz gənc müştərilərimizin tələbatını anlamağa böyük əhəmiyyət veririk və mobil telefonlarımızın işlənməsində innovasiya texnologiyalarının tətbiqinə çalışırıq. Azərbaycanda "NOTE 30 Pro", "NOTE 30" və "NOTE 30 VIP" modelləri ilə təqdim edilən "NOTE 30" seriyasını biz böyük həcmli operativ yaddaşla, böyük tutuma və sürətli şarja malik batareya ilə, yüksək dəqiqlikli parlaq ekran, güclü oyun prosessoru və böyük həcmli daxili yaddaşla təchiz etmişik", - "Infinix Mobility"nin ölkə üzrə direktoru Cəmil Topçibaşev bildirib.   
Smartfonlarda misilsiz səs keyfiyyəti JBL şirkətinin texnologiyaları sayəsində təmin edilib. 6,67 düym diaqonallı böyük ekran 1080 x 2400 təsvir ölçülü "Amoled" texnologiyası ilə hazırlanıb. Smartfon 2TB-a qədər ayrıca yuvası olan SİM-kartlar üçün ikili slotla təchiz olunub.
Mobil oyunun yeni səviyyəsi artıq Azərbaycanda"NOTE 30 Pro", həmçinin şirkətin yeraltı mərtəbələr, liftlər, şəhərkənarı ərazilər və s. kimi lokasiyalarda mobil siqnalın gücünü əhəmiyyətli dərəcədə yaxşılaşdıran innovativ "Ultra Power Signal" xüsusi innovasiya texnologiyasına malikdir. "NOTE 30" xətti üzrə bütün modellər şəbəkə kontentinin fasiləsiz istehlakını təmin edərək mobil rabitə siqnalının gücünü 40%-ə, "WiFi" siqnalını isə 100%-ə qədər artırma xüsusiyyəti ilə təmin edilib.
Smartfondakı "ikili video" rejimi həm frontal (32 MP), həm də əsas kamera ilə (108 MP) çəkiliş etmək imkanı verir.
Mobil oyunun yeni səviyyəsi artıq AzərbaycandaMobil oyunun yeni səviyyəsi artıq AzərbaycandaQeyd edək ki, yaxın günlərdə ekskluziv  olaraq "NOTE 30 Pro"nu yalnız "Baku Electronics"-paytaxt mağazalarının hamısında, həmçinin Sumqayıt, Xırdalan, Gəncə, Quba, Lənkəran və ölkənin digər səkkiz rayonunda yerləşən filiallarında əldə etmək olar. Smartfonları nağd, yaxud ilkin ödənişsiz, faizsiz, ayda cəmi 63 AZN ödəməklə almaq imkanı var. Telefonları həmçinin bakuelectronics.az saytından birbaşa evinizə və ya ofisinizə pulsuz çatdırılma ilə sifariş edə bilərsiniz. "NOTE 30" ilkin ödənişsiz, faizsiz, 12 ay ərzində ayda 46 AZN ödəməklə təqdim olunur. Bütövlükdə seriyaya xas olan bütün digər xüsusiyyətlərə əlavə olaraq 5G çipsetinə, ekranda barmaq izinə, 50W misilsiz şarja və nazik korpusa malik "NOTE 30 VIP"ni də tezliklə yalnız Baku Electronics mağazalarından əldə etmək olar.  / marja.az

Maraqlı     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank