Monteneqro-Azərbaycan biznes forumu keçirilib

Monteneqro-Azərbaycan biznes forumu keçirilibPodqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin birgə təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, turizm, tikinti, sənaye, kosmetika, qida, içki, logistika, İT sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib.
FED.az xəbər verir ki, forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğunu bildirən nazir, ölkələrimizin enerji və nəqliyyat sektorlarında, eləcə də ticarət sahəsində mühüm istifadə olunmamış əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.
Tədbirdə Monteneqro Hökumətinin iqtisadi siyasət üzrə Baş nazirinin müavini, iqtisadi inkişaf naziri Nik Celoşay ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bu prosesdə təşkil olunan biznes forumların rolu qeyd edilib. Baş nazirin müavini turizm, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.
Biznes forumda AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin nümayəndələri tərəfindən ölkələrin investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar keçirilib. Forum B2B formatda görüşlər ilə davam edib.

Biznes     Tarix: 29 iyun 2024

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq