Moody"s beynəlxalq agentliyi Xalq Bankın reytinq üzrə proqnozunu yüksəltdi

MoodyMoody"s Investors Service beynəlxalq reytinq agentliyi ASC "Xalq" Bankının 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin nəticələrini təhlil edib, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək "Pozitiv" olaraq qiymətləndirib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləyib.
Xalq Bankın yaydığı press-relizdə bildirilir ki, reytinq agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B2 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba3/NP səviyyəsində təsdiqləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Moody"s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunun "Pozitiv" olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti və gəlirliliyin artması, kredit konsentrasiyasının azalması və sağlam kapital adekvatlığı ilə əlaqələndirir. Xatırladaq ki, 2023-cü ilin III rübünün yekunlarına əsasən Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 3,0 mlrd manata yaxınlaşmışdır.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz müstəqil kredit portfelinin və xüsusilə də aktivlərin keyfiyyət və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağı gözləntilərini əks etdirir. Agentlik bildirir ki, son illər ərzində Xalq Bank problemli kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb və Bankın kredit portfelinin keyfiyyəti yüksəlib. 
Moodys bildirir ki, Bankın xalis gəlir marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəlib. Agentliyin ekspertləri kredit portfelinin həcminin çoxalması fonunda bu göstəricinin yenə artaraq Bankın onsuz da güclü maliyyə nəticələrini daha da dəstəkləyəcəyini proqnoz edir. Həmçinin, Moodys növbəti 12-18 ay ərzində Bankın maddi aktivlər üzrə gəlirliliyinin (ROA) 1,5-1,7%-ə qədər güclənəcəyini gözləyir.
Xatırladaq ki, Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Banklar     Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank