Moody"s beynəlxalq agentliyi Xalq Bankın reytinq üzrə proqnozunu yüksəltdi

Moody®Moody"s Investors Service beynəlxalq reytinq agentliyi ASC "Xalq" Bankının 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin nəticələrini təhlil edib, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək "Pozitiv" olaraq qiymətləndirib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləyib.
Reytinq agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B2 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba3/NP səviyyəsində təsdiqləyib.
Moody"s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunun "Pozitiv" olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti və gəlirliliyin artması, kredit konsentrasiyasının azalması və sağlam kapital adekvatlığı ilə əlaqələndirir. Xatırladaq ki, 2023-cü ilin III rübünün yekunlarına əsasən Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 3,0 mlrd manata yaxınlaşmışdır.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz müstəqil kredit portfelinin və xüsusilə də aktivlərin keyfiyyət və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağı gözləntilərini əks etdirir. Agentlik bildirir ki, son illər ərzində Xalq Bank problemli kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb və Bankın kredit portfelinin keyfiyyəti yüksəlib. 
Moody"s bildirir ki, Bankın xalis gəlir marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəlib. Agentliyin ekspertləri kredit portfelinin həcminin çoxalması fonunda bu göstəricinin yenə artaraq Bankın onsuz da güclü maliyyə nəticələrini daha da dəstəkləyəcəyini proqnoz edir. Həmçinin, Moody"s növbəti 12-18 ay ərzində Bankın maddi aktivlər üzrə gəlirliliyinin (ROA) 1,5-1,7%-ə qədər güclənəcəyini gözləyir.
Xatırladaq ki, Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund


iqtisadi xeberler biznes ideyalari en son xeberler avtomobil xeberleri bitkoin qiymeti