Moskva birjasında TL ilə əməliyyatlar başlayır
Martın 1-dən etibarən Moskva Birjasında (MOEX) Türk lirəsi (TL) və Honq-Konq dolları ilə fyuçers müqavilələrinin alqı-satqısına başlanılacaq.
Marja xəbər verir ki, bu barədə Moskva Birjası (MOEX) məlumat yayıb.
Türk lirəsi və Honq Konq dolları ilə müqavilələrin alınıb-satılmasına səbəb kimi müştərilərin hər iki valyuta ilə əməliyyatlara marağının artması göstərilib.
İnvestorlar 2023-cü ilin iyun, sentyabr, dekabr və 2024-cü ilin mart ayları üzrə fyuçers müqavilələrini türk lirəsi və Honq-Konq dolları ilə ticarət edə biləcəklər.
MOEX-in baş direktoru Vladimir Yarovoy birjada türk lirəsinə tələbatın 17 dəfə artdığını bildirib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları