"Muğan Bank"dakı əmanətlər nə zaman və necə ödənilməlidir?

Banker.az xəbər verir ki, ötən gün ləğv edilmiş və müflis elan olunmuş "Muğan Bank" ASC-də qorunan əmanətlərin həcmi 216.7 milyon manat təşkil edir. Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12 faiz, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir.
Qeyd edək ki, əmanətlər ilə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq.
Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yazılı ərizə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.
Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 gününədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya Avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni, əmanət rubl ilə yerləşdirilibsə o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
"Bütövlükdə, Muğan Bankda sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcəklər. Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyyə olunur"- deyə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirir.

Banklar     Tarix: 20 oktyabr 2023

Oxşar xəbərlər

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap


iqtisadi xeberler bitkoin qiymeti valyuta kurslari bitkoin almaq bitkoin