"Muğanbank"da qorunan əmanətlər üzrə 2 gündə 100 milyon manatdan çox ödəniş
Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilmişdir.
Marja.az Fonda istinadən xəbər verir ki, bu isə ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.
Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
Əmanətçilərin nəzərinə çatdırılır istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Green Card nədir və onu necə əldə etmək olar?
CV hazırlayarkən buraxılan 5 səhv
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
"Freelance" nədir?
IBAN nədir?