"Muğanbank"ın əmanətçilərinə kompensasiya ödənişində rekord
Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 27 noyabr 2023-cü il tarixdən etibarən başlanılmışdır. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilməkdədir.
Marja.az Fonda istinadən xəbər verir ki, ötən gün ərzində bankın qorunan əmanətçilərindən 1849 nəfərə 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilmişdir. Bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da davam etməkdədir.
"Əmanətçilərə bir daha xatırlatmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir",- məlumatda bildirilir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Green Card nədir və onu necə əldə etmək olar?
CV hazırlayarkən buraxılan 5 səhv
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
"Freelance" nədir?
IBAN nədir?