"Müştəri sayını 2 dəfədən çox artırmağı, mobil tətbiqimizi istifadəyə verməyi planlaşdırırıq"
"International" BOKT 10-illik yubileyini qeyd etmək ərəfəsində iddialı hədəfləri özündə əks etdirən üçillik strategiyasını açıqlayıb. On il ərzində "International" bank olmayan kredit təşkilatı davamlı olaraq dayanıqlılıq, dəyişən ətraf mühitə uyğunlaşma və müştərilərinə və səhmdarlarına misilsiz dəyər qatmaq öhdəliyini üzərinə götürüb.
"International" BOKT-un İdarə Heyətinin sədri Nicat Həsənov bildirib:
"Növbəti strateji dövrdə International BOKT hazırda 84%-i lombard kreditindən ibarət məhsul portfelini şaxələndirib Sahibkarlığın İnkisafı Fondu (SİF) və Aqrar Kreditlərin İnkişafı Agentliyi (AKİA) kreditləri, lizinq, biznes və istehlak kreditlərinin payını artırmağı hədəfləyir. Müştəri sayını 2023-cü il üzrə 15 288-dən 2026-cı ildə 36 000 çatdırmaqla 2 dəfədən çox artırmağı hədəfləyirik. Şirkət həmçinin yeni strateji dövrdə müştərilərinin rahatçılığını təmin etmək məqsədilə kredit əldə etmək üçün mobil tətbiqi də istifadəyə verməyi planlaşdırır. Artıq müştərilərimiz filiala gəlmədən istədikləri vaxt, istədikləri məkandan kredit sifariş etmək imkanına malik olacaqlar".
Həmçinin oxu
"International" BOKT 10 illik yubileyini qeyd etdi - VİDEO
/ marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
McDonalds haqqında maraqlı faktlar