Müştəriyə qüsurlu mal, müqaviləyə gizli tələ: "Embawood" alıcının hüququnu pozdu
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən daha bir istehlakçı hüququnun pozulması faktı üzrə inzibati protokol tərtib olunub.
Dərmanın da qiymətini şişirdiblər: "Zeytun Pharmaceuticals" cəriməlik oldu!
FED.az xəbər verir ki, bu dəfə məsuliyyətə cəlb olunan şirkət "Embawood" MMC olub. Araşdırma zamanı məlum olub ki, şirkət qüsurlu malı geri almaqdan imtina edib. Bundan əlavə, istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericilikdə nəzərdə tutulmayan və alıcının hüquqlarını məhdudlaşdıran şərtlər əlavə olunub.
Qeyd edək ki, sözügedən protokol 5 mart 2025-ci il tarixində tərtib edilib. Qanunvericiliyə əsasən, hər bir istehlakçının aldığı məhsulda qüsur aşkar olunduğu halda onu dəyişdirmək və ya geri qaytarmaq hüququ var. Lakin "Embawood" MMC bu hüququ pozaraq, həm məhsulun qaytarılmasını rədd edib, həm də müqavilə şərtlərində istehlakçı üçün ədalətsiz məhdudiyyətlər müəyyənləşdirib.
Bu hallar "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 16-cı maddələrinə ziddir. Hüquq-mühafizə tədbirləri nəticəsində şirkətə qarşı qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.
Satıcı tərəfindən qüsurlu və ya uyğun olmayan məhsulun dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı qanuni prosedurların pozulması, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən hüquq pozuntusu hesab olunur.
Eyni zamanda, istehlakçının hüquqlarını məhdudlaşdıran qeyri-qanuni şərtlərin müqaviləyə daxil edilməsi də İXM-in 447.0.9-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
İstehlakçının hüququ heç bir halda satıcının maraqları ilə əvəz oluna bilməz.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV-nin tərtib edilməsi prinsipləri
Ən bahalı otellər hansılardır?
Elon Musk kimdir?
Dropshipping nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər