Narkotikin təsiri altında soyuducusu olmayan avtomobildə dönər əti daşıyan şəxs ifşa olundu
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazidd əməllərinin qarşısı alınıb.
Bu barədə APA-ya DİN-dən bildirilib.
Belə ki, 11 iyul 2022-ci il tarixdə "Ford" markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı, nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə bir yerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.
M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
/konkret.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?