"Naxçıvan şəhəri, Culfa, Sədərək və Şahbuz rayonlarında KOB dostları fəaliyyət göstərəcək"
Naxçıvan şəhəri, Culfa, Sədərək və Şahbuz rayonlarında KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, eləcə də KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir.
Naxçıvanda KOB dostları fəaliyyətə başlayıb - FOTOLAR
FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Naxçıvanda sahibkarlarla keçirilən görüşdə səsləndirib.
Qeyd edək ki, bu gün Naxçıvanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və naxçıvanlı sahibkarlar iştirak ediblər.
Tədbirdən sonra qonaqlar "Bolmart" supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışını ediblər.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi