Naxçıvanda KOB dostları fəaliyyətə başlayıb - FOTOLAR

Naxçıvanda KOB dostları fəaliyyətə başlayıb - FOTOLARNaxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda fəaliyyət göstərəcək KOB dostları Naxçıvan Muxtar Respublikasında Biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.
Gəncədə Kiçik və Orta Biznes evi inşa edilir - FOTOLAR
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Republikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda KOB dostları fəaliyyətə başlayıb. KOB dostları Naxçıvan Muxtar Resoublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. KOB dostu ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında KOB dostlarının fəaliyyətə başlaması ilə əlaqədar aprelin 19-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovun iştirakı ilə keçirilmiş görüşdə aidiyyəti qurumların nümayəndələri və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazırı Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə heyata keçirilən tədbirlər barədə məlumat verib, KOB dostlarının mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 39 şəhər və rayonunda 46 KOB dostu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir. Naxçıvan sahibkarları KOB dostları ilə aktiv əməkdaşlığa dəvət edilib.
Orxan Məmmədov yaxın zamanda Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. KOB İnkişaf Mərkəzi tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və s. xidmətlər göstəriləcəkdir.
Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair videoçarxlar nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib.
 KOBİA-nın nümayəndələri həmçinin, "Bolmart" supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışında iştirak ediblər.

Biznes     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri


iqtisadi xeberler valyuta xeberleri leobank kart dollarin kursu bu gun dollar manat kursu