Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə TƏSDİQLƏNDİ

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə TƏSDİQLƏNDİNaxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiqlənib.
KONKRET.az xəbər verir ki, Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.
Əsasnaməni tədim edirik:
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi (bundan sonra – səlahiyyətli nümayəndəlik) Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir.
1.2. Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Səlahiyyətli nümayəndəlik Naxçıvan şəhərində yerləşir.
2. Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri
2.1. Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;
2.1.3. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Səlahiyyətli nümayəndəliyin vəzifələri və hüquqları
3.1. Səlahiyyətli nümayəndəliyin vəzifələri aşağıdakılardır:
3.1.1. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.2. yerli icra hakimiyyəti orqanları arasında, habelə yerli icra hakimiyyəti orqanları ilə digər dövlət orqanları (qurumları) arasında əlaqələndirməni təmin etmək;
3.1.3. müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;
3.1.4. aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının təklifləri əsasında müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
3.1.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının və tapşırıqlarının müvafiq ərazidə dövlət orqanları (qurumları) tərəfindən yerinə yetirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
3.1.6. yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq ərazinin inkişaf meyillərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi işinin təşkilinə nəzarət etmək;
3.1.7. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış layihələrə dair rəy vermək;
3.1.8. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
3.1.9. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar mütəmadi təhlillər aparmaq və Azərbaycan Respublikasının Prezidentinə hesabatlar təqdim etmək;
3.1.10. yerli icra hakimiyyəti orqanlarının kadr potensialının artırılması ilə əlaqədar təkliflər vermək;
3.1.11. müvafiq ərazidə əhalinin problemlərini öyrənmək və onların həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
3.1.12. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün səlahiyyətli nümayəndəliyin hüquqları aşağıdakılardır:
3.2.1. bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarına tapşırıqlar vermək;
3.2.2. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçısının müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.3. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.4. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarının fəaliyyətləri haqqında hesabat vermələri üçün müddətləri müəyyənləşdirmək;
3.2.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçıları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təkliflər vermək;
3.2.6. müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflər vermək;
3.2.7. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
3.2.8. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
3.2.10. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
4. Səlahiyyətli nümayəndəliyin fəaliyyətinin təşkili
4.1. Səlahiyyətli nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Səlahiyyətli nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edir. Səlahiyyətli nümayəndə səlahiyyətli nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Səlahiyyətli nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Səlahiyyətli nümayəndənin müavinləri səlahiyyətli nümayəndənin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
4.4. Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.
4.5. Səlahiyyətli nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir.

Xəbərlər     Tarix: 22 dekabr 2022

Oxşar xəbərlər

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler dollar kursu bitcoin en son xeberler dollar məzənnəsi