Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb

Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb2025-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada istehsal olunan məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,0 faiz çoxdur.
Bunu 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvanda media nümayəndələri üçün təşkil olunmuş "Açıq qapı" günü tədbirində çıxışı zamanı iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.
Nazir əlavə edib ki, 2025-ci ilin birinci yarımili ərzində ixrac potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11 beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13 şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib. Naxçıvandan ixrac olunan mallara 183 mənşə sertifikatı verilib ki,  bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.
"İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 lisenziya verilib. Bu lisenziyaların 43,5 faizi əczaçılıq, 13,0 faizi sürətli poçt xidməti, 8,7 faizi özəl tibb sahəsinə, 34,8 faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən 4399 icazə reyestrdə qeydiyyata alınıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 faiz artıb", - deyə nazir qeyd edib.
 Naxçıvanda sahibkarlara 7,4 milyon manat güzəştli kredit verilib
Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev qeyd edib ki,  2025-ci ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 77 layihənin maliyyələşdirilməsinə 7,4 milyon manat vəsait ayrılıb.
Bildirilib ki, Fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyük həcmli kreditlərdən ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin açılması imkanı yaranıb.
Nazir əlavə edib ki, 2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə həmçinin 2,1 milyon manat problemli kredit ödənilib.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatdırılıb.
Naxçıvanda vergi daxilolmaları artıb
Kazım Hüseynəliyev əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin əsas hissəsini Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində ümumilikdə muxtar respublika üzrə vergi daxilolmaları 93,8 milyon manat proqnoza qarşı 115,8 milyon manat və ya 23,4 faiz artıq icra olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən isə 18,6 milyon manat və ya 19,2 faiz artım qeydə alınıb.
2025-ci ilin 6 ayında məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 86,4 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 2,2 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar isə 15,1 milyon manat təşkil edib.
Hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22 mindən çox şəxs qəbul edilib, 30 minə yaxın xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz çoxdur. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,5 faiz təşkil edib. 2025-ci ilin 6 ayında vergi ödəyicilərinə 660 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 60 görüş keçirilib, onlara 248 ünvanlı xidmət göstərilib.
Muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi uğurla davam etdirilib. 2023-cü ildən indiyədək muxtar respublikada layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 808,4 min manat olub. 2025-ci ilin 6 ayında nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 592,3 milyon manat təşkil edib.
Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində 55 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirmədən 881,6 min manat vəsait daxil olub. Ümumilikdə, cari ilin 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən 1 milyon 240 min manat vəsait əldə edilib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisdə 7,3 faiz artaraq 3135-ə çatıb. Həmin dövrdə 24 hərrac keçirilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz çoxdur. Eyni zamanda, cari ilin 6 ayı ərzində 4967 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Naxçıvanın bu ilin 6 aylıq iqtisadi göstəriciləri açıqlanıb/ marja.az

Maliyyə     Tarix: 24 iyul 2025

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq