Nazir: "2025-ci ildə xarici mənbələrdən əsas kapitala investisiyalar 24% artıb"
2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1% artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda 24% artım qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib.
Nazirin sözlərinə görə, qeyri-neft-qaz sənayesində investisiyalarda 26%-dək artım olub: "2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta illik hesabla 8% artıb. Qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə çatıb".
"İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib. Bununla bağlı daha böyük mənzərəni görmək üçün son 5 ilə qısa nəzər yetirək. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub.
İqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Bu strateji yanaşma öz müsbət nəticələrini ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişikliklərində, özəl sektorun vergi daxilolmalarında payının artmasında göstərir. Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 76%-nə çatıb", - deyə Mikayıl Cabbarov əlavə edib.

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq
PAŞA Bankın səhmləri hesabat və dividend xəbəri öncəsi bahalaşıb
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?
Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR
Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib
"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb
"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Elon Musk kimdir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Shopify-da necə satışa başlamaq olar?